Soçidə Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko arasında görüş başlayıb.
Milletinsesi.az xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov məlumat yayıb.
Görüşün detalları barədə hələ ki məlumat verilmir.
Qeyd edək ki, bu, prezident seçkisindən sonra Lukaşenkonun ilk xarici səfəridir.