UEFA Superkuboku oyununa hakim təyinatları açıqlandı

UEFA Superkubokunda “Bavariya” və “Sevilya” arasında keçiriləcək oyuna hakim təyinatları açıqlanıb.

Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, matçın baş hakimi İngiltərə Futbol Federasiyasından Entoni Teylor olacaq. Ona həmyerliləri  Qeri Bisuik və Adam Nann köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Orel Qrinfild yerinə yetirəcək.

Qeyd edək ki, UEFA Superkuboku sentyabrın 24-ü Budapeştdə keçiriləcək.

Share: