Suares Messinin rekordunu qırdı

Uruqvay millisinin və “Atletiko”nun futbolçusu Luis Suares yeni rekorda imza atıb.

Qol.az xəbər verir ki, o, buna DÇ-2022-nin seçmə mərhələsinin 1-ci turunun Çili ilə matçında (2:1) nail olub. Görüşdə fərqlənən 33 yaşlı hücumçu Dünya çempionatının Cənubi Amerika seçmə mərhələsində ən çox qol vuran futbolçu olub. O, bu yarışlarda 22 dəfə rəqib qapısına yol tapıb.

Əvvəlki rekord isə Argentina yığmasının və “Barselona”nın oyunçusu  Lionel Messiyə məxsus idi. Onun aktivində 21 qol var.

Bunda başqa, Messi də ötən gün Ekvadorla  qarşılaşmada (1:0) fərqlənməklə milli komandaların heyətində  rəsmi oyunlarda vurduğu qol sayını 39-a çatdırıb. Suaresdə də eyni göstərcidir. Onlar bununla Braziliya yığmasının sabiq üzvü Ronaldonun rekordunu təkrarlayıblar.

 

Share: