Argentinanın “Boka Xuniors” klubu “Barselona”nı məhkəməyə verməyə hazırlaşır.
Qol.az xəbər verir ki, bunu “Marca”ya açıqlamasında klub prezidenti Amor Ameal bildirib. O, bu ilin fevralında “Boka Xuniors”dan “Barselona”ya keçən Santyaqo Ramosun transferi ilə bağlı məhkəməyə müraciət edəcəklərini deyib. Onun fikrincə, Kataloniya klubu qaydalara əməl etmir:
“Barselona”nı Ramos iddiasında məhkəməyə veririk. Çünki haqqımız olduğuna inanırıq. Baş verələr barbarlıqdır. Bu oyunçunun potensialı var idi”.
Qeyd edək ki, “Barselona” 18 yaşlı uruqvalı müdafiəçi ilə 3+2 illik müqavilə imzalayıb. Transfer zamanı futbolçunun klubun B komandasında oynayacağı açıqlanmışdı.