Rusiyalı həkim-diyetoloq Vera Şaroşkina orqanizmin viruslara qarşı davamlılığını artıran məhsulların adlarını açıqlayıb.
Milletinsesi.az Rusiya KİV-lərinə istinadən bildirir ki, bu ilk növbədə D vitamini ilə zəngin olan məhsullardır – dəniz balığı, balıq yağı, yumurta, süd məhsulları. D vitamini orqanizmin viruslara qarşı davamlılığını artıran əsas vitamindir.
Sinklə zəngin olan qidalar da burada böyük rol oynayır. Bu ət, pendir, çuğundur kimi məhsullardır.
C və A vitaminləri güclü antioksidant təsirinə görə orqanizmi gücləndirir, həmçinin A v C vitaminləri nəfəsalma sisteminin sağlamlığında böyük rol oynayır. A vitamini selikli qişaların normal fəaliyyətini təmin edir, C vitamini isə damar və kapilyarları möhkəmləndirir.
C vitamini ilə sitrus meyvələri, kivi, itburnu, kələm, bibər, A vitamini ilə isə kök, qaraciyər, qalqabaq, yumurta, kərə yağı zəngindir.