İsraildə koronavirusa yoluxanların sayı 311 min nəfəri ötüb

İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 873 nəfər yoluxub.

Trend-in “Sinxua”ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 311 724 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 296 656 nəfəri sağalıb, 2 483 nəfəri isə vəfat edib.

Qeyd edilir ki, aktiv koronavirus xəstələrinin sayı 12 598 nəfər təşkil edir.

Share: