Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara müraciət edib.
DİN-in mətbuat xidmətindən Milletinsesi.az-a daxil olan müraciətdə deyilir:
“Ermənistan terrorçu dövlətdir. Düşmən ölkənin böyük şəhərlərimizdə, insanların sıx toplaşdıqları yerlərdə, ictimai nəqliyyatda terror-təxribat aktları törətməsi istisna deyil. Odur ki, ehtiyatı əldən verməməli, daim ayıq-sayıq olmalıyıq”.