Gürcüstanda daha 3 117 nəfər koronavirusa yoluxdu, 45 nəfər öldü

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 3 117 yoluxma halı qeydə alınıb, 45 nəfər ölüb.

Milletinsesi.az  xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 85 952 nəfərə, ölənlərin sayı isə 778 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 68 929 nəfərin sağaldığı bildirilir.

Share: