Fransanın “RMC Sport” telekanalı “Barselona”nın kapitanı Lionel Messinin karyerasını PSJ-də davam etdirəcəyini iddia edib.
Qol.az xəbər verir ki, bu barədə telekanalın jurnalisti Daniel Riolo bildirib: “Messi gələn il PSJ-də olacaq. Mən zarafat etmirəm, kifayət qədər ciddiyəm”.
Qeyd edək ki, argentinalı hücumçunun Kataloniya təmsilçisi ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır. Onun klubu ilə müqaviləsini yeniləməyəcəyi bildirilir.