Bu gün Türkiyədən Çinə ilk ixrac məqsədli qatar İstanbuldan yola düşüb.
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, Marmara ərazisindən keçərək Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Trans-Xəzər Beynəlxalq Marşrutu və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi ilə Çinə çatacaq qatar 8 min 693 kilometr yol qət edəcək.
Bildirilib ki, bu qatar iki qitəni, iki dənizi və beş ölkəni keçərək yükləri 12 gün ərzində Çinə çatdıracaq.
İlk dəfə 2019-cu ildə Çindən yola düşən və Trans-Xəzər Bəynəlxalq Nəqliyyat Marşrutundan keçməklə Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi ilə Avropaya, Praqa şəhərinə tranzit qatarla yük daşınıb.
Qeyd edilib ki, Çin ilə Türkiyə və Avropa xəttində 10 blok qatar istismara verilib.oxu.az