Bruno Fernandeş ən yaxşı seçildi

İngiltərə Premyer Liqasında noyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.

Qol.az qurumun saytına istinadən xəbər verir ki, “Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandeş ən yaxşı seçilib. O, ötən ay 4 oyuna çıxaraq 5 qol vurub.

Portuqaliyalı futbolçu Ben Çilueli (“Çelsi”), Ancelo Oqbonanı (“Vest Hem), Pyer-Emil Heyberqi (“Tottenhem”), Ceyms Vard-Prousu (“Sauthempton”) və Cek Qrilişi (“Aston Villa”) geridə qoyub.

Qeyd edək ki, Fernandeş bu il 3-cü dəfə ayın oyunçusu mükafatını qazanıb. O, 2017-ci ildən bəri Hari Keyndən (“Tottenhem”) sonra bir ildə 3 dəfə bu ada yiyələnən ilk futboçu olub.

Share: