Rusiyada son sutka ərzində daha 12 604 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Milletinsesi.az xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 4 177 330 nəfərə çatıb.
Son sutka ərzində 337 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 83 630 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.