Təmir işləri ilə əlaqədar olaraq, martın 2-də Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Sulutəpə və Xocasən dairələri arasında yerləşən hissəsində hərəkət qismən məhdudlaşdırılıb.
Bu barədə Milletinsesi.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Sürücülərdən təmir işləri saatlarında ərazidə sıxlıq yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.