Rusiyanın Perm şəhərində 16 yaşlı məktəbli ailəsini qətlə yetirib.
Milletinsesi.az Redaktor.az-a istinadən bildirir ki, Viktor 42 yaşlı anası Gülnarə Qorbunova, 40 yaşlı atası Aleksey Qorbunov və 12 yaşlı bacısını balta ilə qətlə yetirib. Buna səbəb olaraq isə valideyinlərinin onu dərslərini yaxşı oxumağa məcbur etmələri olub. Oğlan hadisəni törətdikdən sonra izləri gizlətmək üçün öz geyimi ilə atasının üzərində olan geyimi dəyişib. Daha sonra isə qətlə yetirdiyi atasının üz nahiyyəsini balta ilə tanınmaz hala salıb.
G.Qorbunovanın iş yoldaşları bildiriblər ki, qadın işə gəlmədiyi üçün narahat olublar, onu axtarmağa başlayıblar. Nə özü, nə də həyat yoldaşı telefonlara cavab verməyiblər. Qonşularından xahiş ediblər ki, ailənin yaşadığı yoxlasınlar. Evə daxil olan qonşular dəhşətli mənzərə ilə üzləşiblər.
Polis əməkdaşları ilkin olaraq ölənlərin Gülnarə Qorbunova və övladları olduğunu bildiriblər. Hadisəni törətdikdən sonra qaçıb gizlənənin 40 yaşlı həyat yoldaşı Alekseyin olduğu ehtimal edilib. Amma yaxınlıqda yaşayan qonşular buna inanmayıblar. Çünki o, sakit, ailəcanlı insan kimi tanınıb.
Məhkəmə tibbi ekspertiza bildirib ki, öldürülənlərdən biri yeniyetmə yox, 40 yaşlı kişidir. Yəni qətldə axtarılan Alexeyin qurban olduğu ortaya çıxıb. 16 yaşlı oğlu isə ehtimal olunan qatildir. Əməliyyat nəticəsində məlum olub ki, hadisənin baş verdiyi günün axşamı oğlan taksi sifariş verərək Yekaterinburq şəhərinə gedib.
Polis əməkdaşları tərəfindən saxlanılan yeniyetmə törətdiyi cinayəti təsdiq edib. Onun sözlərinə görə, ilk olaraq işdən evə gələn anasını balta ilə arxadan vurub. Sonra evə girən atanısı, sonda isə məktəbdən evə gələn kiçik bacısını öldürüb.