Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən martın 4-də Minbaşı kəndi ərazisində qanunsuz ov etdiklərinə görə Şirvan şəhər sakinləri A.Bədirov və R.Şirəliyev saxlanılıblar.
Bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, onlardan müvafiq sənədləri olmayan “Tula” və “İJ-58” markalı ov tüfəngləri götürülüb.