17 gün meşədə tək qaldı, həşəratlarla qidalandı

Havay adalarından sayılan Mauidə 17 gün əvvəl itkin düşmüş qadını tapıblar. Amanda Eller axırıncı dəfə oradakı meşə qoruğuna haykinq məqsədi ilə getmişdi.

Ondan xəbər çıxmayanda yerli icra strukturunun nümayəndələri axtarışa başlayıb. Əvvəlcə Amandanın avtomobilini aşkar ediblər. Maşında telefon, pulqabı və su şüşəsini görüblər. Asvtomobilin açarı da ön oturacağın altında gizlədilibmiş.

Amandanın valideynləri genişmiqyaqsı axtarış tədbirləri təşkil ediblər. Elleri tapana 10 min dollar mükafat da vəd olunub. Sonradan məbləğ 5 dəfə artırılıb.

Amandanı itkin düşəndən 17 gün sonra tapıblar. O, avtomobilindən 6 km aralıda çıxılmaz vəziyyətdə qalıbmış. Günəş şüaları qadını möhkəm yandırıb, ayaqqabılarını itirib, üstəlik, ayağının biri sınıb. Onu təcili xəstəxanaya çatdırıblar.

Amanda qoruqda azdığını deyir. Qadın cığırla maşınına tərəf qayıtmağa çalışıb, əksinə, bir az da uzaqlaşıb, azıb. Bu müddətdə xeyli arıqlayıb. Amanda hətta həşərat yeməyə də məcbur olub. Eller palçıqda yatdığını, gecə üstünü yarpaqlarla örtdüyünü danışır./Bizimyol.info

Share: