Həkimdən yoluxmanın qarşısını almaq üçün təklif

Vaksinasiya başlayar-başlamaz karantin tədbirlərinin yumşaldılması epidemioloji baxımdan doğru deyil. Vaksinasiya yalnız 70-80 faiz əhalini əhatə etdiyi halda effektivdir. Bu gün əhalinin 50 faizi vaksinasiya edilmiş olsa belə, vaksin yoluxma sayını azaltmayacaq.

Axar.az xəbər verir ki, bu sözləri ARB24-ə Türkiyənin “Hacəttəpə” xəstəxanasının azərbaycanlı həkimi Turanə Rəsulova bildirib.

Onun sözlərinə görə, Azərbaycanda koronavirusun yayılmasına ən çox ictimai nəqliyyatın səbəb olmasını nəzərə alsaq, əhalinin iş saatlarına müəyyən dəyişiklik edilməsi mümkündür:

“Bununla pik saatlarında yüklənmənin qarşısını almaq olar. Məsələn, 08:00, 09:00 və 10:00 kimi fərqli saatlarda işə başlamaq mümkündür. Distant çalışmaq mümkündürsə, mütləq şəkildə buna keçmək lazımdır.

İşçilərin sayının azaldılması, ictimai nəqliyyatla bağlı dəyişikliklərin edilməsi və bu kimi tədbirləri görməklə tam qapanmanın qarşısını almaq mümkün ola bilər”.

Share: