Bolqarıstan 1 maydan xarici turistləri qəbul etməyə başlayacaq

Bolqarıstan Hindistan, Banqladeş, Braziliya və Afrika dövlətlərinin vətəndaşları istisna olmaqla digər ölkələrdən gələn xarici turistləri qəbul etməyə başlayacaq.

“Report” xəbər verir ki, bununla bağlı müvafiq əmr ölkənin Səhiyyə naziri vəzifəsini icra edən Kostadin Anqelov tərəfindən imzalanıb.

“Bolqarıstana gəlmək istəyən şəxs, vətəndaşlığından və gəldiyi dövlətdən asılı olmayaraq aşağıdakı sənədlərdən birini təqdim etməlidir. Yeni növ koronavirus infeksiyasına qarşı peyvənd olunmaq, ikinci peyvənd dozasından isə 14 gün ötməlidir. 72 saat əvvəl keçdikləri PCR testinin mənfi nəticəsinə dair arayış və ya səfərdən 48 saat əvvəl verilən antigen testi”-deyə, əmrdə göstərilib.

kadıköy masaj

Share: