Ölkəmizdə koronaya yoluxanların sayı açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Millətin Səsi.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 335 874 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 123 nəfər müalicə olunaraq sağalıb, 4 970 nəfər vəfat edib. Aktiv xəstə sayı 781 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 482, bu günə qədər isə ümumilikdə 3 733 197 test icra olunub

Share: