Bakıda anormal istilər bu tarixədək davam edəcək

Azərbaycanda yaxın dörd gün üçün ilkin hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Millətin Səsi.az-a verilən məlumata görə, avqustun 23-ü axşamadək Bakıda və Abşeron yarımadasında bürkülü-isti hava şəraitinin davam edəcəyi, zəif cənub-şərq küləklərinin üstünlük təşkil edəcəyi, havanın maksimal temperaturunun 35-38°, bəzi yerlərdə 40°-yə yaxın olacağı gözlənilir.

Share: