BŞİH-dən məktəbli yarmarkası ilə bağlı açıqlama

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən bu il məktəbli yarmarkaları keçirilməyəcək.

Bu barədə Millətin Səsi.az-a Bakı Şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamentindən verilən açıqlamda bildirilib.

“Operativ Qərargahın tövsiyələrinə əsasən və bugünki sanitar vəziyyətlə əlaqədar olaraq bu il məktəbli yarmarkaları keçirilməyəcək”, – açıqlamada deyilib.

Qeyd edək ki, hər il avqustun 25-dən etibarən müxtəlif metrostansiyaların çıxışında məktəbli ləvazimatlarının satışı yarmarkası təşkil edilirdi.

Share: