Danimarkada koronavirusla bağlı bütün məhdudiyyətlər ləğv olunub

Danimarkada COVID-19 pandemiyası ilə bağlı bütün məhdudiyyətlər aradan qaldırılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, yalnız uçuşla bağlı bir sıra qadağalar qüvvədə saxlanılıb.

Bildirilib ki, infeksiyaya yoluxma hallarında artım müşahidə olunarsa, məktəblər qapadıla bilər.

Qeyd edək ki, ölkənin sosial-demokrat hökuməti avqustun sonunda koronavirusu ümumi yoluxma üçün kritik xəstəliklər klassifikasiyasından çıxarıb.

twitter retweet kaufen

Share: