Gürcüstanda koronavirusa yoluxanların sayı sürətlə artır.
Millətin Səsi.az xəbər verir ki, son sutka ərzində qonşu ölkədə koronavirusa yoluxanların sayı 4837 nəfərə çatıb.
Sutka ərzində isə koronavirusdan 26 nəfər ölüb, 1586 nəfər isə sağalıb.
Qeyd edək ki, dünən Gürcüstanda sutkalıq yoluxma sayı 4774 nəfər idi.