Lionel Messi DÇ-2022-nin Argentina – Peru oyununun (1:0) baş hakimi Vilton Sampayonun işindən narazı qalıb.
Qol.az-ın “Marca” nəşrinə istinadən verdiyi xəbərə görə, Argentina millisinin kapitanının fikrincə, Sampayo Perunun lehinə şübhəli qərarlar verib. Matçdan sonra Messinin Sampayonun üvnanına bu sözləri dediyi bildirilir: “Hər dəfə o, bizim oyunumuzu idarə edəndə bənzər səhvlər edir. Deyəsən, o, qəsdən bu səhvlərə yol verir”.
Əlavə edək ki, bugünə qədər bir neçə argentinalı futbolçu braziliyalı Sampayonun onlara qarşı qərəzli hakimlik etdiyini bildirib.