Bu küçələrdə hərəkət dayandı

Bakının Nərimanov rayonunda yerləşən “Metro City” ticarət mərkəzinin ətrafındakı ticarət obyektlərində baş verən yanğınla əlaqədar Heydər Əliyev prospektindən Ağa Nemətulla küçəsinə nəqliyyat vasitələrinin girişinə məhdudiyyət qoyulub.

Bu barədə Millətin Səsi.az-a Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Qeyd edək ki, yanğın səbəbilə daha öncə F.Xoyski küçəsi ilə A.Nemətulla küçəsinin kəsişməsindən Ağa Nemətulla küçəsinə və bu küçədən Təbriz küçəsinə də nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Share: