Demarkasiya və delimitasiya ilə bağlı təkliflərin Ermənistan üçün məqbul olduğunu dedikdə, bu o demək deyil ki, bu təklif bizim maraqlarımıza 100 faiz cavab verir.
Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, bu halda İrəvan öz hazırlığını nümayiş etdirmək istəyir:
“Rusiya Azərbaycan-Ermənistan arasında ortaq nələrsə tapmağa çalışır. Əgər bu yöndə təkliflər bizim maraqlarımıza 100 faiz cavab versə, o zaman Azərbaycan razılaşmayacaq. Biz ortaq məxrəcə gəlməliyik. Dinamik proses gedir”.
Paşinyan həmçinin əlavə edib ki, əgər demorkasiya və delimitasiya prosesi hərbi toqquşmalarla müşayiət olunarsa, onda proses uğursuzluğa düçar olacaq.
O, bir daha qeyd edib ki, demarkasiya və delimitasiya ilə bağlı son sənəd yoxdur:
“Demarkasiya və delimitasiya ilə bağlı komissiyanın yaradılması ilə bağlı sənəd imzalanacaq. Sənəddə sərhədin haradan keçəcəyi göstərilməyəcək. Bununla bağlı komissiya işləyəcək”.