“Mən ötən dəfə rüsumların, cərimələrin artırılmasının əsaslandırılmasını xahiş etmişdim. Mən deyəndə ki, rüsumlar iki dəfə artırılır, komitə sədri Tahir Mirkişili buna etiraz etdi, dedi ki, artım olmayıb”.
Millətin Səsi.az xəbər verir ki, bunu bu Milli Məclisin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” (üçüncü oxunuş) qanun layihəsinin müzakirəsi zamanı deputat Sabir Rüstəmxanlı bildirib.
S. Rüstəmxanlı deyib ki, hər bir deputat məsuliyyətli olmalıdır: “Layihədə dəyişikliklər, rəqəmlər göz önündədir. Bu rəqəmlərin hamısını yazmağa hövsələm çatmadı. 50-100 faiz aralığında rüsumların artımı göz önündədir. Komitə sədri hansı əsasla deyir ki, artım yoxdur?”
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə deyib ki, S. Rüstəmxanlı keçən dəfə 2-3 dəfə artımın olduğunu demişdi, indi dedikləri isə fərqli rəqəmlərdir: “Sabir Rüstəmxanlının başqa fikri olarsa, görüşüb, izahat verərəm”.