Taksi sürücülərinin qadınlara əxlaqsız təklifləri- DIN araşdırır

Son günlər sosial şəbəkələrdə paytaxtda bəzi taksi sürücülərinin xanım sərnişinlərinə müxtəlif məzmunlu, eləcə də əxlaqsız təkliflər etdikləri əks olunan videogörüntülər paylaşılır.

Millətin Səsi.az  xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov deyib.

O bildirib ki, qeyd edilən görüntülər ictimailəşdikdən sonra DİN-in 102 zəng mərkəzinə, polis orqanlarına, eləcə də DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə xanım vətəndaşlar tərəfindən çoxsaylı şikayətlər, müraciətlər daxil olmaqdadır:

“Müraciətlərin hər biri qeydiyyata alınaraq müvafiq araşdırmalar aparılır və nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir”.

Share: