“Azəristiliy”in 20 milyon manat borcu var

Azəristiliktəchizat ASC-nin Azəriqaz İB-yə borcu 20 milyon manatın üzərindədir.

Millətin Səsi.az  xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib.

O bildirib ki, borcla bağlı bu gün Azəristiliktəchizat ASC-yə məktub göndəriblər:

“Azəristiliy”ə dövlət tərəfindən yardım olunur. Amma dövlət tərəfindən yardımla da qurum bizə tam ödəniş edə bilməz. Ona görə də biz dekabr ayının 15-dən borclu qazanxanalar üzrə qazın dayandırılmasını həyata keçirəcəyik.

Azəriqaz İB-in öz göstəriciləri var. Bu ilin 11 ayı ərzində “Azəriqaz” aldığı qazın dəyərini 100 faiz – ümumilikdə 575 milyon 350 min manat – ödəyib. Həmin məbləğin içərisində “Azəristiliy”ə satdığımız qazın da pulu var. Amma “Azəristilik” aldığı qazın pulunu ödəməyib. Biz qazın min kubmetrini 118 manata alırıq. Bir qurum olaraq təbii ki, çətin vəziyyətə düşürük. Biz vergi, DSMF kimi ödənişləri həyata keçirə bilmirik”.

Share: