Qazaxıstanda xarici aktorların sui-istifadə etməsi üçün zəmin yaradılmamalıdır.
Axar.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə yazılı açıqlama yayıb.
O, İranın Qazaxıstandakı prosesləri diqqətlə izlədiyini və bu ölkənin təhlükəsizliyi və sabitliyinin onlar üçün vacib olduğunu vurğulayıb:
“İnanırıq ki, dost və qardaş qonşu ölkənin anlayışlı hökuməti və xalqı öz problem və münaqişələrini xarici müdaxilə olmadan milli maraqlarına uyğun olaraq sülh və danışıqlar yolu ilə həll edə bilər”.