“Aeroflot” Qazaxıstana uçuşlar üçün bilet satışını dayandırdı

Rusiyanın ən böyük şirkəti- Aeroflot Hava Yolları- növbəti iki həftə ərzində Qazaxıstana uçuşlar üçün bilet satışını bağlayıb.

Millətin Səsi.az xəbər verir ki, bu haqda məlumatı xarici media yayıb.

Məlumatda görə, şirkət yanvarın 6 və 7-də Qazaxıstana uçuşları, eləcə də yanvarın 8-nə planlaşdırılan Aktube reysini ləğv edib.

Mövcud vəziyyətlə əlaqədar olaraq, Aeroflotun Qazaxıstana yaxın iki həftəyə planlaşdırılan şəxsi reyslərinə biletlərin satışı müvəqqəti olaraq dayandırılıb.

“Bu halda aviaşirkət ləğv edilmiş reys üçün vəsaiti sərnişinlərə qaytaracaq. “Aeroflot” respublikaya uçuşlar müvəqqəti mümkün olmadığından Qazaxıstan şəhərlərinə növbəti müntəzəm reyslərin ləğvi barədə məlumat verir. Ləğv edilmiş reyslərin sərnişinlərinə məcburi geri ödəniş təklif olunacaq”, – məlumatda deyilir.

Qeyd edək ki, bundan əvvəl S7 Hava Yolları yanvarın 23-dək Qazaxıstana öz və tərəfdaş reysləri üçün bilet satışını bağlamışdı.

Share: