Kəlbəcər istiqamətində 2 erməni əsgəri zərərsizləşdirilib.
Millətin Səsi.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
“Ermənistan-Azərbaycan sərhədinin şimal istiqamətində atışma nəticəsində Artur Mxitaryan və kiçik serjant Rudin Qaribyan (hər ikisi 2002-ci il təvəllüdlü) ölüb, daha iki əsgər isə yaralanıb”, – məlumatda bildirilib.
Ermənistan MN saat 20:00-dan etibarən sərhəddə vəziyyətin stabilləşdiyini açıqlayıb.
Qeyd edək ki, bu gün Kəlbəcər istiqamətində erməni tərəfinin təxribatı nəticəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ayaz Azər oğlu Nəzərov şəhid olub.
Azərbaycan MN axşam saatlarında Ermənistan ordusunun hərbi təxribata əl ataraq yenidən vəziyyəti gərginləşdirdiyi haqda açıqlama yaymışdı.