KVN komandası Şuşa adını Butaya dəyişdi – Video

Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında (“KiViN-2022”) Azərbaycanı təmsil edən “Şuşa” komandası adını dəyişib.

Millətin Səsi.az İTV-yə istinadən xəbər verir ki, festivalın ikinci turunda iştirak edəcək komandaların siyahısı KVN-in rəsmi saytında dərc olunub.

“Siyahıda Azərbaycan komandasının adı “Buta” olaraq qeyd edilib. Komanda adını dəyişmək qərarına gəlib”, – məlumatda bildirilib.

Qeyd olunub ki, komandanın rəhbəri ssenarist və prodüser Müşfiq Abbasovla əlaqə saxlanılsa da, zəngə cavab verilməyib.

Xatırladaq ki, “Şuşa” adının “siyasi çalar” kəsb etdiyi üçün ermənilərin tələbi ilə dəyişdirildiyi haqda iddialar yayılıb.

Share: