Son günlər Azərbaycan məktəblərində yaşanan biabırçı durumu özündə əks etdirən görüntülərə daha biri əlavə olunur.
Millətin Səsi.az xəbər verir ki, məktəblərin birində oğlan şagirdlər sinifdə əsl mərəkə qoparırlar. 9-cu sinif şagirdləri olan oğanlar qadın müəllimin dərsi zamanı sinifi dağıdır, sinifdə oynayır, müəlliməyə qarşı qeyri-etik hərəkətlər edirlər. Müəllimə vəziyyətdən çıxış yolunu sinifi tərk etməkdə görür. Sinifdə ön sırada bir qız şagirdin də oturduğu görünür.
Şagirdlər tərəfindən çəkilən video sosial şəbəkəyə yerləışdirilərək tirajlanıb.
Bu gün bir sıra məktəblərdə hökm sürən bu rəzil atmosfer gələcəklə bağlı böyük təhlükələr haqda düşünməyə vadar edir. Ümid edirik ki, Təhsil Nazirliyi, eyni hüquq-mühafizə orqanları bu məktəbi tapacaq, tədris prosesini pozan, müəlliməyə qarşı qeyri-etik hərəkətlər edən şagirdlər müəyyən olunaraq müvafiq təlim-tərbiyə tədbirlərinə cəlb olunacaq. Valideynləri də inzibati məsuliyyətə cəlb olunacaq.https://youtube.com/shorts/JAN_6Y6t8kw?feature=share