Yalnız Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışıqlardan sonra müharibəyə son qoymaq mümkün olacaq.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski “Bild” nəşrinə müsahibəsində deyib.
Zelenski əmindir ki, müharibəni yalnız Putinlə qarşılıqlı kompromis əsasında birbaşa dialoqdan sonra dayandırmaq olar:
“Hər danışıqda məqsədim Rusiya ilə müharibəni bitirməkdir. Mən də müəyyən addımlar atmağa hazıram. Siz güzəştə gedə bilərsiniz, amma bunlar mənim ölkəmə xəyanət olmamalıdır. Qarşı tərəf də güzəştə getməyə hazır olmalıdır, ona görə də buna “kompromislər” deyilir. Bu, vəziyyətdən çıxmağın yeganə yolu budur. Hələlik detallar barədə danışa bilmərik. Hələ prezidentlər arasında birbaşa əlaqəmiz olmayıb. Yalnız iki prezidentin birbaşa danışıqlarından sonra bu müharibəyə son qoymaq olar”.