Ukraynanın Melitopol şəhərində Rusiya ordusunun hərbi formasında olan silahlı şəxslər Zaporojye bölgə şurasının deputatı Leyla İbrahimovanı qaçırıblar. Bu barədə “İnterfaks-Ukrayna” Krım tatar xalqı Məclisinin deputatı Eskəndər Bariyevə istinadən məlumat yayıb.
“Bu gün Melitopolda səhər saat 6-da Rusiya ordusunun hərbi formasında olan silahlı şəxslər Zaporojye vilayət şurasının deputatı, yerli Krım tatar xalqının nümayəndəsi, Melitopol şəhər diyarşünaslıq muzeyinin direktoru Leyla İbrahimovanın evinə soxulublar”, – Bariyev öz Facebook səhifəsində yazıb.
Bariyev əlavə edib ki, Rusiya hərbçiləri deputatın evində axtarış aparıb və telefonlarını müsadirə ediblər. “Leyla İbrahimovanı naməlum istiqamətə aparıblar”, – Bariyev bildirib.
virtualaz.org