Bayden Çin Prezidenti ilə görüşdü

Çin Prezidenti Si Cinpin ABŞ prezidenti Co Baydenlə onlyan görüş keçirib.

Millətin Səsi.az xəbər verir ki, dövlət başçıları əsasən Ukrayna böhranını müzakirə ediblər.

Çin sədri Xi bəyan edib ki, Ukrayna münaqişənin heç kimə faydası olmayacaq. Beynəlxalq ictimaiyyət sülh və təhlükəsizliyə ən çox dəyər verməlidir.
“Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) daimi üzvləri və dünyanın iki aparıcı iqtisadiyyatı olaraq, biz təkcə Çin-ABŞ münasibətlərini düzgün yola yönəltməməli, həm də beynəlxalq məsuliyyətlərdən payımızı götürməli və dünya sülhü və təhlükəsizliyi üçün çalışmalıyıq “, Xi bildirib.

Qeyd edək ki,videoformada keçirilən görüş ABŞ Prezidenti Co Baydenin təşəbbüsü ilə baş tutub.

Share: