Köçkün ailələri ilə Razılaşma Protokolu imzalanır –Qarabağa qayıdış prosesinə start verilib

Ölkənin müxtəlif bölgələrində məskunlaşan məcburi köçkünlərin azad olunmuş bölgələrə qayıtması üçün sənədləşmə işlərinə start verilib.

Azpost.info bildirir ki, bu barədə Gununsesi.info-ya hökumətdəki mənbələr deyib.
Məlumata görə, Qaçqın və Məcburi Köçkünlərin İşi Üzrə Dövlət Komitəsinə bununla bağlı təlimat verilib.

Təlimata görə, komitə əvvəlcədən müəyyən  edilmiş rayon və kəndlərin sakinləri ilə qayıdışla əlaqədar olaraq İlkin Razılaşma Protokolunu imzalamalıdır.

Artıq belə Protokol Ağdam şəhəri və şəhərə birləşdiriləcək ( Çuxurməhlə, Keştazlı, Qarazeynallı, Qullar, Seyidli, Bozpapaqlar, Sarıhaclı, Muradbəyli, Pərioğlullar, Ağdamkənd) kəndlərində daimi qeydiyyatda olan sakinlərin ailə başçıları ilə imzalanıb.

Share: