Kuleba: “Gündəliymdə üç madə var; silahlar, silahlar , silahlar”

Mənim gündəliyim çox sadədir və onda yalnız üç maddə var: silahlar, silahlar, silahlar.

NATO xarici işlər nazirlərinin toplantısına qatılan Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Brüsseldə verdiyi açıqlamada bu ifadələri işlədib.

Kuleba NATO müttəfiqlərindən Ukrayna ordusuna daha çox silah, o cümlədən döyüş təyyarələri, hava hücumundan müdafiə sistemləri, raketlər və zirehli maşınlar vermələrini istəyib. Ukraynalı nazir bəyan edib ki, onlar üçün hücum və müdafiə silahları arasında heç bir fərq yoxdur və onların hamısı Ukraynanın müdafiəsi üçün istifadə olunacaq.

Kuleba bu ayrı-seçkiliyi edən ölkələri də “ikiüzlülük”də ittiham edib.

Share: