Moskva Qərbin hərəkətlərindən yaranan riskləri azaltmaq üçün qabaqlayıcı tədbirlər görüb. Azərbaycan da daxil olmaqla, digər ölkələrlə milli valyutalarda hesablaşmalara daha fəal keçid edib.
“APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar bildirib.
O qeyd edib ki, ekspert hesablamalarına görə, Rusiya ilə Azərbaycan arasında bütün ticarətin təxminən 30%-i rublla həyata keçirilir və bütövlükdə Rusiya-Azərbaycan iqtisadi münasibətlərinin arxitekturası xarici neqativ amillərə o qədər də həssas deyil və qeyri-standart vəziyyətlərə tez uyğunlaşır.
Denis Qonçarın sözlərinə görə, Rusiya Federasiyası Azərbaycanın aparıcı iqtisadi tərəfdaşlarından biridir və Azərbaycan neft məhsullarının idxalçıları arasında birinci yerdədir.