Bakı metrosunda qatarların hərəkətində 9 dəqiqə gecikmə olub.
Millətin Səsi.az xəbər verir ki, gecikmə metronun “İçərişəhər” stansiyasında müşahidə edilib. Qatarın gecikməsi səbəbindən stansiyada sərnişin sıxlığı olub.
Məsələ ilə bağlı açıqlama verən Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, çox güman ehtiyat qatarlardan biri xəttdən çıxarılıb və bu səbəbdən interval artıb:
“Ehtiyat qatarlar qrafikdən əlavə verilir. Məqsəd sərnişin sıxlığı olan istiqamətlərdə tənzimləməni sürətləndirməkdir. Belə olanda, digər xəttdə dediyiniz dəqiqə fərqi yarana bilir. Ümumilikdə metronun və qatarların fəaliyyətində heç bir problem yoxdur”.