Eldar Həsənov “zon”a KÖÇÜRÜLDÜ

Həbsdə olan keçmiş baş prokuror və səfir Eldar Həsənovdan xəbər var.

“Unikal”ın əldə etdiyi məlumata görə, o, 9 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Eldar Həsənov 10 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb.

Qeyd edək ki, Eldar Həsənov bu vaxtadək Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təcridxanasında saxlanılırdı.

Share: