DİN-dən əxlaqsız təklif edən müəllimlə bağlı – Açıqlama

Daxili İşlər Nazirliyi (DİN) Lənkəran Dövlət Universitetinin müəlliminin tələbələrə qiymət yazmaq üçün əxlaqsız təklif etməsi ilə bağlı yayılan iddialara münasibət bildirib.

Millətin Səsi.az  xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis baş leytenantı Məhəmməd Rzayev nazirliyin yayılan görüntülərdən məlumatlı olduğunu bildirib.

Onun sözlərinə görə, yayılan iddialar Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırılır:

“Təfərrüat ətraflı araşdırmadan sonra məlum olacaq”.

Share: