Rusiyada dollar yenə ucuzlaşdı

Moskva birjasında ABŞ dollarının məzənnəsi bu gün daha da ucuzlaşıb.

Millətin Səsi.az xəbər verir ki, birjanın açılması ilə dollar daha 46 qəpik düşərək, 60,48 rubla qədər geriləyib, avro isə əksinə, 63,89 rubla qalxıb.

Ötən ayın son günündə dollar 61,5, avro isə 62,32 rubla idi.

Qeyd edək ki, Rusiyada dolların satışına məhdudiyyət qoyulub. Birjalarda isə dollar əsasən dövlət ehtiyacları üçün alınır.

Share: