Ronaldo öz rekordunu yenilədi

Portuqaliya millisinin üzvü Kriştiano Ronaldo öz rekordunu yeniləyib.

Qol.az xəbər verir ki, o, buna ötən gün Millətlər Liqasının 2-ci turunda İsveçrə ilə matçda (4:0) dubl etməklə nail olub. 37 yaşlı hücumçu nəticədə yığmada 116 və 117-ci qollarını vurub. Ronaldo öz dünya rekordunu yeniləyib.

 

 

Milli komandaların ən yaxşı bombardirləri:

1. Kriştiano Ronaldo (Portuqaliya) – 188 matçda 117 qol;

2. Əli Daei (İran) – 148 matçda 109 qol;

3. Mokhtar Dahari (Malayziya) – 142 matçda 89 qol;

4. Lionel Messi (Argentina) – 162 matçda 86 qol;

5. Ferens Puşkaş (Macarıstan) – 89 matçda 84 qol.

Share: