Rusiyadan Türkiyə mesajı: “Suveren ölkəyə çevrildi”

Türkiyə Avropa Birliyinə daxil olmaq üçün illərdir gözləyir, lakin namizəd ölkə olmaqdan kənara çıxa bilməyib. Bununla belə Türkiyə suveren ölkəyə çevrilib.

Millətin Səsi.az xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moldova və Ukraynanın AB-nə üzv qəbul edilməsinə münasibət bildirərkən deyib.

AB ölkələri liderlərinin Ukrayna və Moldovaya namizəd statusu verməsini Avropanın öz daxili məsələsi kimi xarakterizə edən Kremlin sözçüsü Dmitriy Peskov bildirib ki, mühüm məqam bu proseslərin sözügedən ölkələrlə Rusiya arasında münasibətlərdə böyük problemlər yaratmamasıdır.

Gündəlik mətbuat konfransında mövzu ilə bağlı qiymətləndirmələr edən Peskov, “Birincisi, əlbəttə ki, bu, Avropanın daxili məsələsidir. Bu proseslərin bizə daha çox problem yaratmaması bizim üçün çox vacibdir. Adları çəkilən ölkələrlə belə problemlər kifayət qədərdir”.

Share: