Bu ərazilərdə su olmayacaq

İntensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlıq yüksək olduğundan Kür Sutəmizləyici Qurğular Kompleksində suyun emalı azalıb.

Millətin Səsi.az xəbər verir ki, bu barədə Azərsu ASC məlumat yayıb.

Bununla əlaqədar Hacıqabul rayonunun Kür-Bakı magistral kəmərindən su alan kəndlərinə, həmçinin Bakının Qaradağ rayonuna, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Qurum narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.

Share: