Iyun ayında 844 nəfər zəhərlənmə ilə müraciət edib

Iyun ayında 844 nəfər zəhərlənmə ilə müraciət edib

İyun ayında Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 844 nəfər müraciət edib.

Mərkəzdən Millətin Səsi.az-a verilən məlumata görə, onlardan 170-i Toksikologiya şöbəsinə qəbul edilib, qalanlarına isə ilkin tibbi yardım göstərilərək, evə buraxılıb.

Qəbul olan xəstələrdən 89-u dərmandan, 29-u sirkə turşusundan, 8-i dəm qazından, 1-i göbələkdən, 5-i etil spirtindən, 6-sı isə kimyəvi məhluldan zəhərlənib. Digərlərindən 1-i anaflaksiya səbəbindən, 7-si allergik reaksiyadan, 2-si isə botulizm səbəbindən xəstəxanaya yerləşdirilib. Həmçinin onlardan 21-ni ilan, 1-ni isə həşərat sancıb.

Zəhərlənən şəxslərin 69-u qadın, 92-si kişi, 9-u uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 170 nəfərdən 9-u (5-i kişi, 4-ü qadın) dünyasını dəyişib.

Share: