Bakı Mühəndislik Universitetinin tələbəsi Lamiə Hidayətova Almaniyanın FH Münster Universitetinin magistratura, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Oklahoma Universitetinin isə birbaşa doktorantura pilləsinə qəbul təklifi gəlib.
O, təhsilini Oklahoma Universitetində Kimya və biokimya (Chemistry and Biochemistry) ixtisası üzrə doktorantura pilləsində davam etdirəcək.
Onun bu universitetdən qazandığı təqaüdün məbləği 40 min ABŞ dolları təşkil edir.
Bununla yanaşı, L.Hidayətova həmin universitetdə ilk il müəllim köməkçisi (teaching assistant), növbəti illərdə isə elmi işçi (research assistant) vəzifələrində çalışacaq.
ƏHSƏN! QÜRUR DUYURUQ!
Mənbə: Dünya Azərbaycanlıları səhifəsi