Azərbaycanlı FİFA referisi Konfrans Liqasının oyununu idarə edəcək

Azərbaycanlı FİFA referisi Elçin Məsiyev UEFA-dan yeni təyinat alıb.

Milletinsesi.az Qol.az-a istinadən xəbər verir ki, o, Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Rapid” (Vyana, Avstriya) – “Lexiya” (Polşa) oyununu idarə edəcək. Məsiyevə yan xətt hakimləri qismində Elşad Abdullayev və Pərvin Talıbov köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 21-də keçirələcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Share: